Səhiyyə sistemi “işçi qrupunun video - konfrans formatında növbəti iclası keçirilmişdir.

Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi “işçi qrupunun 6 sentyabr 2024-ci il tarixində, saat 15.00-da video - konfrans formatında növbəti iclası keçirilmişdir. İşçi qrupun sədri, nazir müavini R.İsmayılovun rəhbərliyi ilə keçirilmiş iclasda Fəaliyyət Planı üzrə icra edilmiş fəaliyyətlərin nəticələrinə dair müzakirələr, təhlillər aparılmış, 2024-cü il üzrə Fəaliyyət Planının 6 aylıq hesabatının yekunlarına dair Səhiyyə Nazirliyi və əsas icraçı qurumlar tərəfindən məruzələr dinlənilmişdir. Görüşdə  ümumtəhsil məktəblərində psixoloqların ümumi sayı, və bu sahə üzrə statistik göstəricilərə dair məlumatlar səsləndirilmiş, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin effektivliyinin qiymətləndirilməsi məqsədilə, 2023-cü il və 2024-cü ilin 6 ayı ərzində reabilitasiya xidmətləri üzrə statistikaya dair məlumatlar işçi qrup üzvlərinə təqdim edilmişdir. İclasın sonunda işçi qrup üzvlərinə müvafiq tapşırıqlar verilmişdir.